Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

"Azərbaycan iqtisadiyyatı artacaq" - Beynəlxalq Valyuta Fondu

8-03-2017, 17:56 Baxış: 162
"Azərbaycan iqtisadiyyatı artacaq" - Beynəlxalq Valyuta Fondu
 
Azərbaycan iqtisadiyyatı ortamüddətli perspektivdə ildə 2-3 faiz artım nümayiş etdirəcək. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib. 
Onun sözlərinə görə, cari ildə Azərbaycan iqtisadiyyatında vəziyyət ötən illə müqayisədə daha yaxşı olacaq. 
Missiya rəhbəri ötən ilin çox çətin il olduğunu qeyd edib: "Azərbaycan iqtisadiyyatı tədricən resessiyadan çıxdı, lakin ümumilikdə vəziyyət bir qədər çətin olaraq qalır. Düşünürəm ki, ölkə ÜDM-i ortamüddətli perspektivdə 2-3 faiz artmaqda davam edəcək". 
Əl-Qorçi bildirib ki, Azərbaycan iqtisadiyyatındakı cüzi resessiya ilk növbədə neftin qiymətlərinin kəskin azalması ilə əlaqədardır: 
"Neftin qiymətlərinin kəskin azalmasından sonra digər ixracatçı ölkələr kimi, Azərbaycan da müəyyən çətinliklərlə üzləşdi. Neftin qiymətləri çox aşağı düşdü və təbii ki, iqtisadiyyata, xüsusən də 2015-2016-cı illərdə təsir etdi. Bunun nəticəsi kimi biz 2016-cı ildə Azərbaycan iqtisadiyyatının cüzi azaldığını müşahidə etdik".