Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Azərbaycanın xarici dövlət borcunun həcmi açıqlanıb

10-03-2017, 19:56 Baxış: 138
Azərbaycanın xarici dövlət borcunun həcmi açıqlanıb Bu il yanvarın 1-i tarixinə Azərbaycanın xarici dövlət borcu 6 milyard 913,2 milyon ABŞ dolları (12 milyard 241,3 milyon manat) təşkil edib. Maliyyə Nazirliyinin məlumatına görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20,4% təşkil edib. Məlumatda deyilir ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə insitutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.