Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

TEREZA MEYİN ANİ NİTQİ - Funt sterlinq BAHALAŞIR

18-04-2017, 18:57 Baxış: 244
TEREZA MEYİN ANİ NİTQİ -  Funt sterlinq BAHALAŞIR

Böyük Britaniyanın baş naziri Tereza Meyin ani qərarı maliyyə bazarlarında funt sterlinqin bahalaşmasına səbəb olub. Daha öncə isə belə qərarın olmayacağını bildirmişdi.

Mey Bakı vaxtı ilə saat 14:15-də, Londonda çıxışı zamanı növbədənkənar parlament seçkisinin iyun ayının 8-də olacağını açıqlayıb və beləliklə, dünya birjalarında Mey seçkilərin vaxtını tezləşdirə biləcəyi ilə bağlı spekulyasiyalar özünü doğruldub. Qərardən öncə isə növbəti seçkilər 2020-ci ildə olacaqdı.

Qərarın verilmə səbəbini isə Mey parlamentin BREKSİT fonunda qərarsız olması və Avropa Birliyinə qarşı prosesi korlamaqla əlaqələndirir. Lakin baş nazir bildirib ki, Böyük Britaniyanın Avropa Birliyindən ayrılmasından əl çəkməyəcək və bu yolda parlament seçkilərini də tezləşdirməklə ölkəsini düşündüyünü sübut etmək istəyir: "Bu, asan qərar olmadı, amma stabillik və təhlükəsizliyi təmin etmək asan deyil". Yeni seçkilərlə bağlı qərarın ərizəsi çərşənbə günü aşağı prlamentə təqdim ediləcəkdir və təklifin qəbulu üçün səslərin 2/3-i leyhinə olmalıdır.

Qeyd etmək lazımdır ki, Tereza Mey 2016-ci ilin iyul ayından etibarən (David Kameronun BREKSİT fonunda istefasından sonra) birbaşa vəzifəyə təyin edilib. Bundan sonra isə liberal və solçu müxalifətçilər tərəfindən, BREKSİT işini seçilmədən aparması ilə bağlı tənqid olunmağa başladı.