Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

AZAL prezidenti təsdiqlədi - "An-178" Azərbaycanda yığılacaq

7-06-2016, 12:20 Baxış: 311

 

AZAL prezidenti təsdiqlədi - "An-178" Azərbaycanda yığılacaq
 
"Azərbaycan Ukrayna ilə aviasiya sənayesi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir"
 
Tezis.az xəbər verir ki, bu fikirləri "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov deyib.

 
Onun sözlərinə görə, tərəflər "An-178" tipli təyyarələrin birgə istehsalının nəzərdə tutan planın üzərində işləyir. Təyyarələrin yükgötürmə qabiliyyəti 18 ton olacağı planlaşdırılır: "Hazırda bu məsələyə Azərbaycan hökuməti tərəfindən baxılır. Hökumətimiz adından yalnız onu deyə bilərəm ki, biz "An-178" tipli təyyarələrin Azərbaycan ərazisində yığılmasının tərəfdarıyıq. Biz ümid edirik ki, 2018-ci ilin ortalarında artıq Azərbaycanda ilk "An-178" tipli təyyarənin istehsalı üçün hər şey hazır olacaq".
 
Ukraynanın "Antonov" müəssisəsinin prezidenti Mixail Qvozdev deyib ki, əməkdaşlığın genişləndirilməsi "An-178"-in istehsal texnologiyasının Azərbaycana satılmasını nəzərdə tutmur: "Söhbət kooperativ istehsalatdan gedir. Azərbaycan ərazisində təyyarənin istehsalının sırf yekun stadiyası həyata keçiriləcək".