Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

AVRO, FUNT UCUZLAŞMAQDA, BRENT NEFTİ BAHALAŞMAQDADIR

11-05-2017, 11:38 Baxış: 237

AVRO, FUNT UCUZLAŞMAQDA, BRENT NEFTİ BAHALAŞMAQDADIR

Bu gün açıqlanacaq Böyük Britaniya Mərkəzi Bankının gələcək iqtisadi gözləntilərilə bağlı toplantı protokolu investorların diqqət mərkəzindədir.

EUR/USD 1.0780$-a kimi də ucuzlaşa bilər. 

Foreks bazarlarında avronun qiyməti ucuzlaşmaqda davam edir. Artıq 1.0853$-a kimi ucuzlaşan EUR/USD məzənnəsi bu səviyyənin altında qalarsa, 1.0800 və 1.0780$-a kimi də ucuzlaşa bilər. Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətinə davam etməsi, avroya olan təzyiqləri artırır.

Böyük Britaniya Bankı diqqət mərkəzində. 

Bununla yanaşı bu gün Bakı vaxtı ilə saat 15:00-da Böyük Britaniya Mərkəzi Bankının monetar siyasəti ilə bağlı qərarı açıqlanacaq. Qərarında dəyişiklik gözlənilməsə də, gələcək iqtisadi gözləntilərlə bağlı toplantı protokolu investorların diqqət mərkəzində olacaqdır.

GBP/USD məzənnəsi 1.30$-a kimi bahalaşdıqdan sonra 1.30-1.29$ aralığında korreksiya etməkdədir. Beləliklə, qiymət 1.30$-ın altında qaldıqca korreksiyası 1.2840$-a kimi də davam edə bilər.  

Brent nefti bahalaşmağa başlayıb. 

Enerji birjalarında isə neftin qiymətləri bahalaşmağa başlayıb. Belə ki, Avropanın Brent markalı neftin bir barel qiyməti, Amerikanın neft ehtiyatlarında azalma xəbəri ilə 51$-a kimi 5% bahalaşıb və qiymət 50.51$-ın üzərində möhkəmlənərsə, 51.70$-a kimi də dəyər qazana bilər.