Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 29.05.2017

29-05-2017, 12:37 Baxış: 287
MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 29.05.2017
Avrozonanın inflyasiya və Amerikanın əmək bazarı ilə bağlı önəmli statistik məlumatlar və neft qiymətləri investorların diqqət mərkəzindədir.
EUR/USD məzənnəsi 1.14$-a kimi də bahalaşa bilər.
Foreks bazarlarında EUR/USD məzənnəsi son bir həftədir 1.12$ ətrafında ticarət olunmaqdadı.
Lakin qiymət yenidən 1.1270$-a kimi bahalaşarsa, 1.1373$ və 1.1410$-a kimi də bahalaşa bilər.
Bununla yanaşı yerli vaxtla bu həftənin çərşənbə günü saat 13:00-da Avrozonanın inflyasiya və cümə günü saat 16:30-da Amerikanın əmək bazarı ilə bağlı önəmli statistik məlumatlar açıqlanacaqdır. Məlumatların məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.
Funt sterlinqin qiyməti bahalaşmağa başlayıb.
GBP/USD valyuta cütlüyünün qiyməti isə keçən həftə 1.2774$-a kimi ucuzlaşdıqdan sonra cari həftənin başlaması ilə bahalaşmağa başlayıb.
Artıq 1.2825$-a kimi bahalaşan qiymət, 1.2800$-ın üzərində qaldıqca, 1.2878$ və 1.2910$-a kimi də bahalaşa bilər.
Türk lirəsində yeni "Buğa trendi".
Türkiyə maliyyə bazarlarında da türk lirəsi bahalaşmağa başlayıb. Qiymətin texniki mənzərəsi üzrə təhlillər, qiymətin 3.57TL-nin üzərində möhkəmlənməsi fonunda 3.53TL-ə kimi də bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.
Eyni zamanda bu həftənin çərşənbə günü saat 11:00-da və cümə axşamı saat 13:00-da açıqlanacaq Türkiyənin xarici ticarət dövriyyəsi ilə bağlı statistik məlumatlar da investorların diqqət mərkəzində olacaqdır.
Neft qiymətləri 52$-ın üzərində ticarət edilməkdədir.
Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti də 52$-a kimi bahalaşıb və bu səviyyənin üzərində qaldıqca, 55$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
Enerji bazarları iştirakçılarının, neft ölkələrinin hasilata limitin tətbiq etmələri, qiymətlərin daha da bahalaşa biləcəyinə səbəb ola bilər.Qızıla tələb yüksək olaraq qalır.
Dünya birjalarında dolların ucuzlaşması və müşahidə edilən geosiyasi qeyri-müəyyənliklər əlvan metallar bazarında qızıla olan tələbin də yüksək olmasına səbəb olur. Beləliklə, 1269$-a (40.7 $/qram) kimi bahalaşan qızılın bir unsiya üzrə qiyməti gələcək günlər ərzində 1277$-a (41.0 $/qram) kimi də bahalaşa bilər.