Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

GMO-lu məhsullarla bağlı sərt TƏLƏB

9-06-2016, 09:08 Baxış: 208
GMO-lu məhsullarla bağlı sərt TƏLƏBAzərbaycanda taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilməyəcək.
Milli Məclisdən Tezis.az-a verilən məlumata görə, bununla bağlı "Taxıl haqqında" qanuna dəyişikliyin edilməsi təklif edilir.
Yeni dəyişikliklərə əsasən, genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycana idxal edilməsinə yol verilməyəcək.
"Toxumçuluq haqqında" qanuna edilən dəyişikliklər layihəsinə görə, toxumun istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilməyəcək.