Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Neft və qızılın qiyməti artır

9-06-2016, 10:03 Baxış: 317
Neft və qızılın qiyməti artırDünya birjalarında neftin bahalaşması davam edir.
Tezis.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar artaraq 51,51 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,17 dollar artaraq 52,68 dollar olub. Neftin bahalaşmasına səbəb ABŞ-da kommersiya ehtiyatlarının azalmasıdır. Belə ki, Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, ABŞ-da kommersiya neft ehtiyatları proqnozlaşdırıldığı kimi 2,5 mln. barrel deyil, 3,2 mln. barrel azalıb.  
Üstəlik, dollara təzyiq neftin bahalaşmasını sürətləndirir.
Bu arada dünya birjalarında qızıl da bahalaşır. Amerika fond bazarında Dow Jones indeksi 0,37% - 18 005,05 bəndədək, S&P 500 0,33% - 2 119,12 bəndədək, NASDAQ 0,26% - 4 974,64 bəndədək artıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 0,27% - 6 301,52 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,69% - 10 217,03 bəndədək, Fransa CAC-40-ı 0,61% - 4 448,73 bəndədək ucuzlaşıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,20 dollar bahalaşaraq 1 265,50 dollara, gümüş isə 0,22 dollar artaraq 17,21 dollara satılıb.