Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

BU GÜN EUR VƏ BRENT İNVESTORLARIN DİQQƏT MƏRKƏZİNDƏ

1-06-2017, 12:00 Baxış: 260
BU GÜN EUR VƏ BRENT İNVESTORLARIN DİQQƏT MƏRKƏZİNDƏ
Avrozonada inflyasiyanın azalması avroya olan təzyiqləri artıra bilər.
Eyni zamanda bu gün Amerikanın neft ehtiyatları ilə bağlı məlumatlar açıqlanacaq. Foreks bazarlarında dolların qiyməti daha da ucuzlaşıb. Amerika iqtisadiyyatı ilə bağlı statistik göstəricilərin çərşənbə günü zəif açıqlanması, dolların ucuzlaşmasına səbəb olmaqla yanaşı, EUR/USD məzənnəsinin də 1.1255$, Türk lirəsinin isə 3.53TL-ə kimi bahalaşmasına səbəb olub. EUR/USD məzənnəsi yenidən ucuzlaşa bilər. Lakin EUR/USD məzənnəsi yenidən ucuzlaşmağa başlaya bilər. Avrozonada inflyasiyanın son 5 ayın minimum səviyyəsinə kimi azalması xəbəri, avroya olan təzyiqləri artıra bilər. Belə ki, məzənnə 1.1270$-ın altında qalarsa, 1.1098$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Türk lirəsi ucuzlaşmağa başlayıb. Türk lirəsinin qiymətində son günlər müşahidə edilən bahalaşma trendi zəifləməyə başlayıb və bu gün Asiya sessiyasında da qismən ucuzlaşıb. Beləliklə, qiymət 3.5310TL-nin altında qalarsa, yenidən 3.5802TL-ə kimi ucuzlaşa bilər. Amerikanın neft ehtiyatları ilə bağlı statistik məlumatlar açıqlanacaq. Enerji bazarlarında isə Avropanın Brent nefti 51$-ın üzərində ticarət edilməkdədir. Qiymət 52$-a kimi bahalaşarsa, 54$-a kimi də dəyər qazana bilər. Bununla yanaşı bu gün Bakı vaxtı ilə saat 19:00 yayımlanacaq, Amerikanın neft ehtiyatları ilə bağlı önəmli statistik məlumatlar investorların diqqət mərkəzindədir və dünya birjalarında ticarət aktivliyinin daha da artmasına səbəb olacağı gözlənilir.