Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Cavid Qurbanov: "Ölkə başçısının tapşırığıdır, bu məsələlərə hələlik baxmırıq"

9-06-2016, 15:11 Baxış: 233

 Cavid Qurbanov: "Ölkə başçısının tapşırığıdır, bu məsələlərə hələlik baxmırıq"

"Azərbaycanda dəmir yolu sahəsində sərnişindaşımada qiymət artımı gözlənilmir".

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

 "Sərnişindaşımada qiymətlər müəyyənləşib, heç bir dəyişiklik olmayacaq. Bir daha deyirəm ki, ölkə başçısının tapşırığıdır və bu məsələlərə hələlik baxmırıq. Əslində, Bakı-Sumqayıt elektrik qatarı ilə 1 sərnişinin daşınmasının maya dəyəri 6 dollardır. Biz isə 1 sərnişinə bileti 80 qəpiyə satırıq", - deyə C. Qurbanov əlavə edib./APA