Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Nazir: "Turistlərin sayı çox artıb”

9-06-2016, 16:28 Baxış: 275
Nazir: "Turistlərin sayı çox artıb”"Azərbaycanda Ümumi Daxili Məhsulun 4,5 faizini turizmdən gələn gəlirlər təşkil edir”.
Tezis.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən "Azərbaycanda turizm: strateji baxış" mövzusunda ictimai müzakirə zamanı deyib. 
Nazir bildirib ki, son illər Azərbaycanda dünya miqyasında tanınan brend hotellər istifadəyə verilib: "Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2015-ci il üçün "Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Hazırda Azərbaycanda 300-ə yaxın turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir. Son 10 il ərzində ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb”.
Ə.Qarayev turizm sənayesinin inkişafının yeni iş yerlərinin açılmasına müsbət təsirlər göstərdiyini söyləyib. Nazirin sözlərinə görə, mədəniyyət və turizmin qarşılıqlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər sürətləndiriləcək.