Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

BREKSİT DANIŞIQLARI BAZAR ERTƏSİ BAŞLAYIR

16-06-2017, 10:44 Baxış: 188
BREKSİT DANIŞIQLARI BAZAR ERTƏSİ BAŞLAYIR
İngilətərədə müşahidə edilən siyasi hadisələrə baxmayaraq,
BREKSİT danışıqları planlaşdırıldığı kimi bazar ertəsi başlayacaq.
BREKSİT-naziri Deyvid Deyvis və Avropa Birliyi (AB) nümayəndəsi Mişel Barnierin cümə axşamı verdiyi açıqlamalara görə, BREKSİT danışıqları planlaşdırıldığı kimi bazar ertəsi başlayacaq. Qeyd etmək lazımdır ki, İngiltərədə keçən həftə keçirilən parlament seçkisində mühafizəkarlar partiyası gözlənilməz olaraq tam üstünlüyü itiriblər və indi Şimali İrlandiyanın "Demokratik Birlik Partiyası" (ing.: Democratic Unionist Party, DUP) ilə birləşərək hakimiyyətdə qalmağa çalışırlar. Birləşmə ilə bağlı danışıqlar isə hələ bitməyib. Kraliça II Elizabetin ilk hakimiyyət bəyanatının oxunuşu isə gələn həftənin çərşənbə günü planlaşdırılır. Məlumatlar GBP/USD məzənnəsinin 1.27$-a kimi bahalaşmasına təsir edib.