Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

BREKSİT DANIŞIQLARINDA MÜSBƏT ATMOSFER

20-06-2017, 12:13 Baxış: 247
BREKSİT DANIŞIQLARINDA MÜSBƏT ATMOSFERBREKSIT danışıqlarının ilkin mərhələsi iki tərəf arasında müsbət bitib.
Belə ki, Brüsseldə baş tutan görüş zamanı tərəflər İngiltərənin Avropa Birliyindən (AB) ayrılması qrafikini razılaşdırıblar.
Toplantıdan sonra açıqlama verən AB nümayəndəsi Mişel Barnier bildirib ki, ilk mövzu AB vətəndaşlarının İngiltərədəki haqları və İngilislərin AB-dəki haqlarıdır.
Bununla yanaşı, maddi məsuliyyət və digər "Ayrılıq sualları" da müzakirə ediləcək ilkin başlıqlardır. Barnier əlavə edib ki, sadalan mövzular ilə bağlı irəliləmə müşahidə edilərsə, məhz bundan sonra dövlət və hökümət başçıları İngiltərənin AB ilə arzuladığı gələcək münasibətlər haqqında danışa bilərlər. İrlandiya ilə bağlı iki tərəfli görüşlər də olacaqdır:
"Xeyirli Cümə Razılaşmasının saxlanılması və İrlandiya ilə Şimali İrlandiya arasında sərhəd də ertələnməyən mövzulardır".
Razılaşmaya əsasən bu gündən etibarən hər ay danışıq həftəsi olacaqdır.
BREKSİT naziri Deyvid Deyvis isə bir daha iki tərəfin konstruktiv müzakirələrindən razı qaldığını dilə gətirib.
Mətbuat konfransından sonra EUR/USD və GBP/USD məzənnələri ucuzlaşıb.
Belə ki, bazar ertəsi foreks bazarlarında EUR/USD məzənnəsi 1.1143$, GBP/USD məzənnəsi isə 1.2722$-a kimi dəyər itirib.