Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

AVROZONA İQTİSADİYYATINDA İNKİŞAF ZƏİFLƏYİR: - EUR

23-06-2017, 18:36 Baxış: 195
 AVROZONA İQTİSADİYYATINDA İNKİŞAF ZƏİFLƏYİR: - EUR
Avrozonanın xidmət sektorunda inkişaf zəifləyir, istehsal sektorunda müşahidə edilən son 6 ilin ən yüksək inkişaf dinamikası isə şüphələrə səbəb olub.
"Markit Economics" araşdırma mərkəzinin cümə günü açıqladığı məlumatlarda, Avrozonanın istehsal sektorunda biznes aktivliyini ölçən indeksin (ing.: "PMI") 57.0 punktdan 57.3 punkta kimi artdığı, xidmət sektorunda isə indeksin 54.7 punkta kimi azaldığı göstərilib.
Analitiklər hər iki göstərici üzrə müvafiq olaraq 0.2 və 0.1 punktluq azalma gözləyirdilər. Qeyd etmək lazımdır ki, xidmət sektoru inkişaf etmiş ölkələrin iqtisadiyyatında 70-80%-lik paya sahibdir və bu sahədə dəyişiklik ölkənin inkişafına güclü təsir edir. 2017-ci ilin yanvar ayında "PMI" indeksi 53.7 punkt səviyyəsində idi və Avrozonada iqtisadi inkişaf fevral ayında qismən sürətlənməklə göstərici də 55.5 punkta kimi artmışdı. Lakin son günlər Avrozona iqtisadiyyatında müşahidə edilən zəifləmə özünü "PMI" indeksində də göstərib və indeks fevral ayı göstəricisindən zəif açıqlanıb. İstehsal sektorunda müşahidə edilən son 6 ilin ən yüksək inkişaf dinamikasına da şübhə ilə yanaşılmalıdır. İlk öncə onu qeyd etmək lazımdır ki, istehsal sektoru xidmət sektoru ilə müqayisədə iqtisadi və sosial tendensiyalara daha gec reaksiya verir.
Nümunə üçün göstərmək olar ki, fevral ayında Avrozonada müşahidə edilən iqtisadi inkişaf, xidmət sektorunun "PMI" indeksində özünü dərhal göstərsə də, istehsal sektoru üzrə "PMI" indeksində bu, özünü ilk dəfə mart ayında aşkara çıxarır. Beləliklə, xidmət sektorundan sonra istehsal sektoru da gələcək aylarda zəifləmə göstərə bilər.
"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.
Bu gün açıqlanan göstərici ilkin hesablanma idi və iyun ayı üzrə yekun indeks iyul ayının 5-də yayımlanacaqdır. Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsi 1.1161$-a kimi ucuzlaşıb və qiymət bu səviyyənin altında qalarsa, gün ərzində 1.1148/25$-a kimi də ucuzlaşa bilər.