Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

MTRŞ ANS-dən başqa 5 kanala pul ayırdı

10-06-2016, 12:39 Baxış: 227
MTRŞ ANS-dən başqa 5 kanala pul ayırdıMilli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycan Rrezidentinin özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncamına əsasən 333 333 manat maliyyə vəsaitini özəl televiziyalardan beşinin hesabına köçürüb.
Tezis.az "Report"a istinadən xəbər verir ki, bu barədə MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.
Onun sözlərinə görə, indiyədək cəmi beş telekanal  MTRŞ tərəfindən onlara göndərilən müqaviləni imzalayıb: "Müqaviləni imzalayan televiziya kanallarının - ATV, Xəzər TV, Space TV, Lider TV və Region TV-nin hər birinin hesabına vəsait köçürülüb".
Televiziyalardan biri - ANS TV isə MTRŞ-nın göndərdiyi müqaviləni hələ ki, imzalamayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2016-cı il tarixli sərəncamına uyğun olaraq özəl teleradio yayımçılarına iki milyon manat birdəfəlik maliyyə yardımı ayrılıb. Bu vəsait 333 333 manat olmaqla ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV arasında bərabər məbləğdə bölünüb.