Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

AVROZONA İQTİSADİYYATINDA İNKİŞAF ZƏİFLƏYİR

5-07-2017, 13:49 Baxış: 209
AVROZONA İQTİSADİYYATINDA İNKİŞAF ZƏİFLƏYİR
Avrozonanın istehsal sektorunda müşahidə edilən son 6 ilin ən yüksək inkişaf dinamikası, xidmət sektorunun zəifləməsi fonunda şüphələrə səbəb olub.
"Markit Economics" araşdırma mərkəzinin bazar ertəsi və çərşənbə günü açıqladığı məlumatlarda, Avrozonanın istehsal sektorunda biznes aktivliyini ölçən indeksin (ing.: "PMI") 57.0 punktdan 57.4 punkta kimi artdığı, xidmət sektorunda isə indeksin 55.4 punkta kimi azaldığı göstərilib. Analitiklər hər iki göstərici üzrə müvafiq olaraq 0.2 və 0.1 punktluq azalma gözləyirdilər.
Qeyd etmək lazımdır ki, xidmət sektoru inkişaf etmiş ölkələrin iqtisadiyyatında 70-80%-lik paya sahibdir və bu sahədə dəyişiklik ölkənin inkişafına güclü təsir edir. 2017-ci ilin yanvar ayında "PMI" indeksi 53.7 punkt səviyyəsində idi və Avrozonada iqtisadi inkişaf fevral ayında qismən sürətlənməklə göstərici də 55.5 punkta kimi artmışdı.
Lakin son günlər Avrozona iqtisadiyyatında müşahidə edilən zəifləmə özünü "PMI" indeksində də göstərib və indeks fevral ayı göstəricisindən zəif açıqlanıb.
İstehsal sektorunda müşahidə edilən son 6 ilin ən yüksək inkişaf dinamikasına da şübhə ilə yanaşılmalıdır. İlk öncə onu qeyd etmək lazımdır ki, istehsal sektoru xidmət sektoru ilə müqayisədə iqtisadi və sosial tendensiyalara daha gec reaksiya verir. Nümunə üçün göstərmək olar ki, fevral ayında Avrozonada müşahidə edilən iqtisadi inkişaf, xidmət sektorunun "PMI" indeksində özünü dərhal göstərsə də, istehsal sektoru üzrə "PMI" indeksində bu, özünü ilk dəfə mart ayında aşkara çıxarır.
Beləliklə, xidmət sektorundan sonra istehsal sektoru da gələcək aylarda zəifləmə göstərə bilər. "PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir. İyul ayı üzrə növbəti indeks iyul ayının 24-də yayımlanacaqdır.
Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsi bu gün Asiya sessiyasında başlatdığı bahalaşmadan sonra 1.1346$-a kimi ucuzlaşıb. Foreks bazarlarında avronun qiyməti keçən həftə 1.14$-a kimi 2.5% bahalaşdıqdan sonra son günlər açıqlanan mənfi fundamental məlumatlar fonunda korreksiyaya başlayıb.