Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Cümə günü açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı məlumatlar ticarət aktivliyinin yenidən artmasına səbəb olacağı gözlənilir.

6-07-2017, 11:15 Baxış: 233
Cümə günü açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı məlumatlar ticarət aktivliyinin yenidən artmasına səbəb olacağı gözlənilir.
Cümə günü açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı məlumatlar ticarət aktivliyinin yenidən artmasına səbəb olacağı gözlənilir.
Dünya valyuta birjalarında ticarət aktivliyi cümə günü Amerikadan yayımlanacaq statistik göstəricilər fonunda qismən zəifləyib.
İnvestorların böyük maraq dairəsində olan Amerikanın əmək bazarı ilə bağlı məlumatlar ticarət aktivliyinin yenidən artmasına səbəb olacağı gözlənilir.
Bu gün Bakı vaxtı ilə saat 16:15-də açıqlanacaq "ADP” göstəricisi isə sabah saat 16:30-da yayımlanacaq məlumatları öncədən proqnozlaşdırmaq üçün önəmlidir.
Foreks bazarlarında EUR/USD məzənnəsi 1.13$-a kimi ucuzlaşıb və yenidən 1.14$ kimi bahalaşa biləcəyi proqnozları aktuallığını qorumaqdadır.
FED-in toplantı protokolu şübhələri daha da artırdı.
Bununla yanaşı, Amerika Mərkəzi Bankının dünən yayımlanan toplantı protokolunda da ölkədə pul siyəsətinin daha da sərtləşdirilməsi fonunda komitə üzvləri arasında fikir ayrılıqların olduğu müşahidə edilib və bu, dolların qiymətinə təzyiqləri artırmaqla, digər aparıcı valyutaların da bahalaşmasına səbəb ola bilər.
Qızılın qiyməti bahalaşmağa başlayıb.
Əlvan metallar bazarında isə qızılın bir unsiya üzrə qiymətinin 1230$-a kimi bahalaşdığının şahidi oluruq. Qiymət bu səviyyənin üzərində möhkəmlənərsə, 1250$-a kimi də dəyər qazana bilər.