Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 10.07.2017

10-07-2017, 10:33 Baxış: 270
MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 10.07.2017
ABŞ-dan açıqlanacaq inflyasiya səviyyəsi, son 4 ayın minimum səviyyəsinə kimi ucuzlaşan qızıl və korreksiya edən neft qiymətləri diqqət mərkəzindədir.  
EUR/USD məzənnəsi 1.14$-ın üzərində ticarət edilməkdədir və qiymət 1.1480$-a kimi bahalaşarsa, əlavə olaraq 1.1540 və 1.1600$-a kimi də bahalaşa bilər.
Bu həftə maliyyə bazarlarında məzənnəyə güclü təsir edə biləcək önəmli fundamental məlumatlar arasında isə cümə günü Bakı vaxtı ilə saat 16:30-da yayımlanacaq,
Amerikanın inflyasiya səviyyəsidir.
Lirə 4% ucuzlaşdıqdan sonra 3.58TL-ə kimi bahalaşa bilər.
Türkiyə maliyyə bazarlarında Türk lirəsi qiyməti keçən həftə 4% ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb və qiymətin 3.5801TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
Bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da Türkiyədə cari il ərzində illik artım dinamikası 6.7%-ə kimi yükəsələn sənaye istehsalı ilə bağlı yeni statistik rəqəmlər açıqlanacaqdır və məlumatların lirənin qiymətinə də təsir edə biləcəyi gözlənilir.
Neft qiymətlərində korreksiya.
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 50$-a kimi dəyər qazandıqdan sonra 46$-a kimi korreksiya edib.
Lakin cari həftənin ilk sessiyasında Brent fyuçerslərinin qiyməti yenidən 47$-a kimi bahalaşıb və qiymət bu səviyyənin üzərində qaldıqca, yenidən 50$-a kimi də bahalaşa bilər.
Qızılın eniş trendi dinamikası zəifləyib.
Əlvan metallar bazarlarında qızıl qiymətlərinin eniş trendinin dinamikasında azalma müşahidə edilir və beləliklə, artıq təqribən son 4 ayın minimum səviyyəsinə kimi ucuzlaşan bir unsiya üzrə qiymətin yenidən bahalaşa biləcəyi proqnozlaşdırılır.
1207$-a (38.7 $/qram) kimi dəyər itirən qiymət, yenidən 1248$-a (40.0 $/qram) kimi bahalaşa bilər.