Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

FOREKS: DOLLAR UCUZLAŞMAQDA DAVAM EDİR

17-07-2017, 11:07 Baxış: 262
FOREKS: DOLLAR UCUZLAŞMAQDA DAVAM EDİRFED-in faiz artımı fonunda gözləntilər dolların aparıcı valyutalara nisbətən orta qiymətinin son 10 ayın minimum səviyyəsinə kimi ucuzlaşmasına səbəb olub.
EUR/USD məzənnəsi 1.17$-a kimi də bahalaşa bilər. Foreks bazarlarında dolların təzyiq altında olması, EUR/USD məzənnəsinin 1.15$-a kimi bahalaşmasına təsir edib. Beləliklə, məzənnə 1.15$-ın üzərində möhkəmlənərsə, 1.17$-a kimi də bahalaşa bilər.
Maliyyə bazarlarında Amerika Mərkəzi Bankının (FED) faiz artımı fonunda gözləntilərin zəifləməsi, dolların aparıcı valyutalara nisbətən orta qiymətinin təqribən son 10 ayın minimum səviyyəsinə kimi ucuzlaşmasına səbəb olub. Məzənnəyə güclü təsiri baxımından isə bu gün Bakı vaxtı ilə saat 13:00-da yayımlanacaq, Avrozonanın sonuncu inflyasiya səviyyəsi və cümə axşamı Avropa Mərkəzi Bankının monetar siyasəti ilə bağlı açıqlamaları, bu həftə investorların diqqət mərkəzində olan hadisələrdir. Funtun qiyməti 1.32$-a kimi də dəyər qazana bilər. GBP/USD valyuta cütlüyü qiyməti də 1.3113$-a kimi bahalaşmaqla, təqribən son 10 ayın maksimum səviyyəsini yeniləyib və 1.3292$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.
Bununla yanaşı, maliyyə bazarlarında funtun gələcək trendi fonunda İngiltərə Mərkəzi Bankının gələcək monetar siyasəti ilə bağlı açıqlamaları və inflyasiya göstəriciləri də diqqət mərkəzindədir.
Çərşənbə axşamı saat 12:30-da isə iyun ayı üzrə sonuncu inflyasiya səviyyəsi açıqlanacaqdır. Türkiyədən işsizlik səviyyəsi investorların diqqət mərkəzində. Türkiyə maliyyə bazarlarında Türk lirəsinin qiyməti keçən həftə 3% bahalaşıb və bu həftə 3.60TL-ə kimi korreksiya edəcəyi proqnozlaşdırılır. Bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da açıqlanacaq, Türkiyədə işsizlik ilə bağlı yeni statistik rəqəmlərin də lirənin qiymətinə təsir edə biləcəyi gözlənilir. Amerika neft ehtiyatlarının azalması, nefti bahalaşdırır.
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 49$-a kimi dəyər qazanıb.
Təhlillərə əsasən, Brent neftinin qiyməti qarşıdan gələn günlər ərzində sözügedən səviyyənin üzərində möhkəmlənməklə 49.77$ və 51.18$-a kimi də bahalaşa bilər. Qeyd etmək lazımdır ki, Amerikada neft ehtiyatlarının azalması dinamikasının güclənməsi, neftə olan tələbin artmasına işarədir və neft qiymətlərinin bahalaşmasına təsir edir. Qızılın qiyməti bahalaşmağa başlayıb.
Əlvan metallar bazarlarında qızıl qiymətləri gözlənildiyi kimi bahalaşmağa başlayıb.
Artıq 1233$-a (39.6 $/qram) kimi dəyər qazanan qiymətli metalın bir unsiyası 1242$-a (39.9 $/qram) də kimi bahalaşacağı proqnozlaşdırılır.