Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Məhsullarımıza Rusiyada qoyulan qadağa götürüldü - RƏSMİ + VİDEO

11-06-2016, 12:22 Baxış: 226
Məhsullarımıza Rusiyada qoyulan qadağa  götürüldü - RƏSMİ + VİDEOAzərbaycanda istehsal olunun kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlər tam aradan qaldırılıb.
Bu barədə Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Tezis.az-a daxil olan məlumatda qeyd olunur.
Məlumatda bildirilir ki, son dövrlərdə azərbaycanlı fermerlər tərəfindən istehsal edilən və Rusiya Federasiyasına ixrac olunan kənd təsərrüfatı məhsulları bu ölkənin aidiyyatı qurumları tərəfindən müxtəlif arqumentlər irəli sürülərək geri qaytarılır, ya da müvafiq labarator yoxlamalar adı altında uzun müddət sərhəddə yubadılırdı.
Fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq məqsədilə Azərbaycan Respublkası Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonar artıq problem həllini tapıb. Beləki, iyun ayının 8-də Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü 29 vaqon, 11 yük maşını, iyunun 9-da 31 vaqon, 12 yük maşını, iyunun 10-da isə 40 vaqon, 10 yükmaşını, ümumilikdə 100 vaqon və 33 yük maşını maneəsiz şəkildə Rusiya Federasiyasına yola salınıb.
Tərəflər arasında razılıq əldə edildikdən sonar Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının geri qaytarılması və ya sərhəddə yubadılması halları müşahidə olunmur.