Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

AVRO UCUZLAŞMAĞA BAŞLAYIB

7-08-2017, 09:29 Baxış: 192
AVRO UCUZLAŞMAĞA BAŞLAYIB
FED-in faiz siyasəti üzrə artım gözləntilərinin yenidən güclənməsi, qızıl və digər maliyyə altələrinin daha da ucuzlaşmasına təsir edə bilər.
Foreks bazarlarında EUR/USD məzənnəsi keçən həftə 1.1910$-a kimi bahalaşdıqdan sonra sürətlə ucuzlaşmağa başlayıb.
Təhlillərə əsasən, bazar ertəsi 1.1797$-a ticarət edilən qiymət, yenidən 1.1727$-a kimi ucuzlaşarsa və altında qalarsa, 1.1660$ və 1.1570$-a kimi də ucuzlaşa bilər. Cümə günü Bakı vaxtı ilə saat 16:30 açıqlanacaq, ABŞ-ım inflyasiyası ilə bağlı önəmli statistik məlumatlar da investorların diqqət mərkəzindədir.
İnflyasiya göstəriciləri mərkəzi bankların gələcək monetar siyasətlərinin proqnozlaşdırılması üçün önəmlidir və maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur.
GBP 1.29$-a kimi də ucuzlaşa bilər.
Keçən həftə Amerikanın əmək bazarı ilə bağlı yayımlanan fundamental məlumatlardan sonra ucuzlaşan valyutalar arasında funt sterlinq də olub. Belə ki, burada da təhlillər göstərir ki, 1.3023$-a kimi ucuzlaşan GBP/USD məzənnəsi, 1.2919$-a kimi də ucuzlaşa bilər. Eyni zamanda, cümə axşamı Bakı vaxtı ilə saat 12:30-da açıqlanacaq, İngiltərənin sənaye sektoru ilə bağlı önəmli statistik məlumatların maliyyə bazarlarında ticarət aktivliyinin artmasına təsir edəcəyi gözlənilir.
Türkiyədə dollar bahalaşmağa başlayıb.
Türkiyə maliyyə bazarlarında Türk lirəsi qiymətinin də 3.55TL-ə kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 11:00-da yayımlanacaq, Türkiyənin də sənaye sektoru ilə bağlı fundamental məlumatların lirənin qiymətinə təsir edəcəyi gözlənilir.
Neft qiymətləri 52$-ın üzərində ticarət edilməkdədir.
Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 52$-ın üzərində ticarət edilməkdədir. Gələcək günlər ərzində burada güclü hərəkətlilik gözlənilmir və 51-52$ aralığında ticarət ediləcəyi proqnozlaşdırılır.
Amerikanın neft ehtiyatlarında azalma dinamikasının güclənməsi, neftə olan tələbin daha da artmasına işarədir və bu, son aylar qiymətlərin bahalaşmasına təsir edib. Qızılın qiyməti 1241$-a kimi də ucuzlaşa bilər - FED amili. Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti keçən həftə ərzində 1254$-a (40.2 $/qram) kimi 1% ucuzlaşıb.
Təhlillərə əsasən, maliyyə bazarlarında dolların bahalaşması ilə ucuzlaşan, qızıl qiymətləri əlavə olaraq 1241$-a (39.8 $/qram) kimi də ucuzlaşa bilər.
Amerika Mərkəzi Bankının (FED) faiz siyasəti üzrə artım gözləntilərinin yenidən güclənməsi, qızılın daha da ucuzlaşmasına səbəb ola bilər.