Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

İNGİLTƏRƏDƏ SƏNAYE İSTEHSALI GÖZLƏNİLƏNDƏN ÇOX ARTIB

10-08-2017, 18:29 Baxış: 340
İNGİLTƏRƏDƏ SƏNAYE İSTEHSALI GÖZLƏNİLƏNDƏN ÇOX ARTIB
İyun ayında sənaye istehsalında mütəxəssislər 0.1%-lik artım proqnozlaşdırsalar da, 0.5% artım müşahidə edilib - Funt bahalaşır.İngiltərənin milli statistika mərkəzinin cümə günü verdiyi məlumata görə, iyun ayında sənaye istehsalı 0.5%, emal sənayesi isə 0% artıb.
Mütəxəssislər emal sənaye sektorunda artımın olmayacağını düzgü proqnozlaşdırsalar da, ümumi sənaye sektorunda yalnız 0.1%-lik artım gözləyirdilər. Sənaye sektorunda artım müşahidə edilsə də, ticarət balansında defisit 11.31 milyar funt sterlinqdən 12.72 milyard funt sterlinqə yüksəlib.
Görünür, bahalı GBP/USD məzənnəsi İngiltərənin xarici ticarət dövriyyəsinə mənfi təsir edib. Qeyd etmək lazımdır ki, ölkə pul vahidinin xarici bazarlarda ucuz olması, ixrac potensialının rəqabətliliyini qorumaq üçün önəmlidir. GBP/USD məzənnəsi iyun 1.3267$-a kimi 3.6% bahalaşmışdır.
Dünya valyuta birjalarında GBP/USD məzənnəsi məlumatların açıqlanmasından sonra 1.3003$-a kimi 0.4% bahalaşıb.