Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

EUR/USD KORREKSİYA EDİR

18-08-2017, 12:19 Baxış: 210
EUR/USD KORREKSİYA EDİR
Avronun bahalaşması narahatlıq doğurur
Dünən açıqlanan Avropa Mərkəzi Bankının (AMB) protokollarında qeyd olunub ki, bank rəsmiləri Avrozona iqtisadiyyatının güclənməsi fonunda bu il ərzində Avronun məzənnəsinin 11% bahalaşmasından narahatdırlar.
Həmçinin monetar siyasətdə dəyişiklik qərarlarının gecikdiriklməsi halında daha çətin vəziyyətin yarana biləcəyi fikri qeyd olunub. $1.1708-dək ucuzlaşan avro, hal-hazırda $1.1735 üzərində ticarət olunur.
Brent nefti bahalaşıb ABŞ-da xam neft ehtiyatlarının son bir ilin ən aşağı səviyyəsində olması qiymətin 50$ üzərində qalmasına dəstək verir. Lakin neft hasilatının artması barədə olan məlumatlar qiymətə təzyiqini davam etdirir.
Dünən 49.87$-dək üçüzlaşan neft, sonradan 51$-dək bahalaşıb.
Bu gün Bakı vaxtı ilə 21:00-da açıqlanacaq ABŞ-da "Neft qazma platformalarının sayı” haqqında məlumat investorların diqqət mərkəzindədir.
Qızıl bahalaşmağa başlayıb ABŞ-da zəif inflyasiya göstəricilərinin dollar indeksinə təzyiqini davam etdirməsi qızıla olan tələbatı artırır.
1287$ üzərində ticarət olunan qızıl daha da bahalaşa bilər.