Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

EUR, GBP VƏ QIZIL DAHA DA UCUZLAŞA BİLƏR

19-09-2017, 10:29 Baxış: 256
EUR, GBP VƏ QIZIL DAHA DA UCUZLAŞA BİLƏR
Avrozonada zəif inflyasiya, mənfi BREKSİT rəyləri və dolların bahalaşması, avro, funt və qızılın ucucuzlaşmasına təsir edir.
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.1970$-a ticarət edilməkdədir.
GBP/USD məzənnəsi isə İngiltərə Mərkəzi Bankının çıxışından sonra 1.3479$-a kimi 0.7% ucuzlaşıb.
Təhlillərə görə, avro 1.20$-ın altında qaldıqca, 1.1837 və 1.1732$-a kimi, bu gün səhər 1.3524$-a kimi korreksiya edən funtun qiyməti isə yenidən 1.3479$-a kimi ucuzlaşarsa, eniş dalğası 1.3372$-a kimi də sürətlənə bilər.
Neft qiymətləri 55$-ın üzərində ticarət edilməkdədir.
Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 55$-ın üzərində ticarət edilməkdədir və 55.87$-a kimi dəyər qazanarsa, 57.44$-a kimi də bahalaşa bilər.
Qızıl qiymətlərinin ucuzlaşması 1290$-a kimi davam edə bilər.
Əlvan mettalar bazarlarında isə qızılın qiyməti ucuzlaşmaqda davam edir.
Belə ki, artıq 1305$-a kimi ucuzlaşan qiymətin, bu səviyyənin altında qaldıqca, 1290$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.