Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Rauf Əliyev: “Üçüncü devalvasiya qorxusu yoxdur”

13-06-2016, 17:51 Baxış: 271

Rauf Əliyev: “Üçüncü devalvasiya qorxusu yoxdur”

Tezis.az-ın suallarını Milli Məclisin deputatı Rauf Əliyev cavablandırır

 


- Cənab Əliyev, Dünya Bankının analitikləri manatın üçüncü devalvasiyası ehtimalının yüksək olduğunu bildirir. Sizin hesablamalarınıza nə deyir, növbəti devalvasiya qaçılmazdır?

- Üçüncü devalvasiyadan heç bir söhbət gedə blməz. Hökumət, maliyyə orqanları öz işini görür. Mərkəzi Bank da manatın stabil saxlanması üçün çalışır. Devalvasiya ilə bağlı hər hansı qorxu görmürəm. Bilirəm ki, məsələ nəzarət altında saxlanılır. Dünya Bankının ekspertləri çox proqnoz verə bilər. Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dövləti illərdir ki, dünya ölkələrini bürüyən iqtisadi, maliyyə və siyasi böhrandan maksimum dərəcədə qoruna bilib.

- Neftin qiymətinin ucuzlaşmasından sonra qeyri-neft sektorunun inkişafı üçün müvafiq tapşırıqları verildi. Prezident İlham Əliyev bu sektorun inkişafını hökumətin qarşısında əsas vəfizə kimi qoyub. Sizcə, inkişaf tempi hiss edilir?

- Neftin qiyməti düşməyə başlayandan qeyri-neft sekorunun inkişafına start verildi. Neftin qiyməti qalxıb-düşə bilər və bu baxımdan qeyri-neft sektoruna diqqət ayrılmalıdır. Artıq bu diqqəti və irəliləyişi hiss etmək mümkündür. İstirahət günləri Azərbaycanın rayonlarına baxsanız otellərdə, istirahət düşərgələrində boş yer tapa bilməzsiniz. Turistlərlə yanaşı azərbaycanlılar da regionlarda dincəlirlər, daha xaricə getməyə üstünlük vermirlər. Turizmlə yanaşı infrastruktur, yollar düzəlir, müxtəlif zavodlarla bağlı müqavilələr bağlanır, kənd təsərrüfatı məhsullarının, o cümlədən pambıqçılığın inkişafı üçün təkan verilir, məncə inkişaf göz önündədir. Bu il ixrac potensialının genişləndirilməsi, istehlak mallarının istehsalının artırılması nəzərdə tutulub.

-Devalvasiyadan sonra bazar və dükanlarda ciddi qiymət artımı oldu. Dolların qiyməti aşağı endikcə tələbat mallarının ucuzlaşması gözlənilirdi. Cəmiyyətdə müzakirələr zamanı belə narahatlıqlar səslənir ki, niyə dollar düşsə də, qiymətlərdən fərq nəzərə çarpmır. Siz özünüz bu vəziyyəti müşahidə etmisiniz?

- Mən elə adamam ki, bazara, marketlərə gedib təhlil aparıram, hərdən heç nə almasam da qiymətlərlə maraqlanmaq üçün dünkanlara gedirəm. Elə kənd təsərrüfatı mallar var ki, qiyməti çox münasibdir, eləsi də var qiyməti bir az bahadır. Amma artıq o qiymətlər də tənzimlənir. Hesab etmirəm ki, dollar düşən kimi bütün qiymətlər endirilməlidir. Bəzi kənd təsərrüfatı məhsulları paytaxta gətiriləndəonların nəqliyyatla daşınması məsələsinə də diqqət edilir. Onu əminliklə deyə bilərəm ki, hökumət qiymətin tənzimlənməsi üçün nəzarəti gücləndirib.

- Son günlər ciddi müzakirə olunan məsələlərdən biri də Rusiya və Ermənistanın birləşmiş Raket Əleyhinə Müdafiə Sistemi haqqında saziş imzalamasıdır. Bu sazişi necə şərh edərdiniz?

- Belə sazişlərə görə narahat olmağa dəyməz. Rusiya bizim tərəfdaşımızdır, Azərbaycanla Rusiya arasında çox gözəl dostluq münasibətləri var. Rusiya Azərbaycana da silahlar satır, amma biz hansı silah aldığımızı açıqlamırıq. Ermənistan bu gün Rusiya ilə Raket Əleyhinə Müdafiə Sistemi haqqında saziş imzalayırsa, qoy imzalasın, biz onlardan çəkinmirik. Bizim güclü ordumuz, silahlarımız, raketlərə qarşı müxtəlif müdafiə sistemlərimiz var. Ermənilərin cəbhə xəttində 2-5 aprel döyüşlərindəki məğlubiyyəti Sarkisyan və əlaltılarını müxtəlif vasitələrə əl atmağa vadar edir. Fakt göz qabağındadır. Erməni xalqı keçirdiyi mitinqlərlə göstərir ki, onlar hər şeyi yaxşı anlayır. Hətta gənclər Ermənistan parlamenti qarşısında Ermənistan–Rusiya birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına etiraz aksiyası keçirir. Erməni qadınlar etiraz edir ki, Qarabağda övladlarımızın ölməsini istəmirik. Ermənistan rəhbərliyi isəişğal etdiyi Azərbaycan torpaqlarını azad etmək istəmir, danışıqlar masasında düzgün yol tutmur.Bu yaxınlarda nasizmlə əməkdaşlıq etmişQaregin Njdeyə böyük bir heykəl qoydular, bunu propaqandaya hesablanmış bir addım sayıram. Dağlıq Qarabağda bütün tarixi muzeylər, məscidlər, mədəniyyət evləri, hətta qəbristanlıqlar vəhşicəsinə dağıdılıb. İndi hansı mədəni abidədən danışırlar?

Ləman Niyazlı/Tezis.az