Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

FOREKS: AVRO VƏ QIZIL BAHALAŞDI, DOLLAR UCUZLAŞDI

22-09-2017, 10:43 Baxış: 193
FOREKS: AVRO VƏ QIZIL BAHALAŞDI, DOLLAR UCUZLAŞDI
Avropa Mərkəzi Bankının gələcək siyasəti fonunda qeyri-müəyyənlik və ABŞ-ın xarici siyasətində risklər diqqət mərkəzində.
EUR/USD məzənnəsində üfüqi dalğalanma.
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.1861$-a kimi ucuzlaşdıqdan sonra yenidən 1.1956$-a kimi bahalaşıb.
Maliyyə bazarlarında Avropa Mərkəzi Bankının gələcək pul siyasəti ilə bağlı hökm sürən qeyri-müəyyənliklər, avronun qiymətində gələcək günlər ərzində güclü trendin müşahidə edilməməsinə səbəb ola bilər. Asiya sessiyasında dollar ucuzlaşıb, qızıl bahalaşıb.
Şimali Koreya ilə Amerika arasında siyasi gərginliyin yenidən artması, dünya birjalarında dolların yenidən ucuzlaşmasına səbəb olub. Gərginlik əlvan metallar bazarlarında da qızıl qiymətlərinin bahalaşmasına səbəb olub.
Belə ki, USD/JPY məzənnəsi bu gün Asiya sessiyasında 111.65 yenə kimi 0.9% ucuzlaşıb, qızılın bir unsiya üzrə qiyməti isə 1288$-a kimi ucuzlaşdıqdan sonra 1298$-a kimi 0.8% bahalaşıb.
Lakin texniki təhlillər onu göstərir ki, gələcək günlərdə sözügedən trendlərin güclənməsi gözlənilmir və müvəqqəti xarakter daşıya bilər.