Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Bakıda ermənilərin də qatıldığı konfrans işə başladı

22-09-2017, 11:53 Baxış: 264
Bakıda ermənilərin də qatıldığı konfrans işə başladı
Bu gün Milli Məclisdə "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans öz işinə başlayıb.
Konfrans Azərbaycan Respublikasının Milli Məclisi, Avronest Parlament Assambleyasının sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və Birləşmiş Təşkilatının Azərbaycandakı ofisi tərəfindən təşkil olunub.
Tədbirdə Avropa Parlamentinin və "Avronest" PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər və Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyan, köməkçisi Aram Barseqyan və deputat Mane Tandilyan iştirak edir.