Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

BRENT NEFTİ BAHALAŞMAQDA DAVAM EDİR

18-10-2017, 09:59 Baxış: 210
BRENT NEFTİ BAHALAŞMAQDA DAVAM EDİR
Dünya valyuta və qızıl birjalarında dollara nisbətən qiymətlərin ucuzlaşmasına baxmayaraq, enerji bazarlarında neft qiymətləri bahalaşır.
Avro, funt, lirə və qızıl təzyiq altındadır.
Dünya valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən məzənnələri ucuzlaşmaqda davam edir.
Belə ki, avro 1.1736$, funt 1.3154$-a kimi ucuzlaşıb, dollar/lirə məzənnəsi isə 3.69TL-ə kimi bahalaşıb.
Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti 1281$-a kimi ucuzlaşıb.
Brent nefti yenidən 60$-a kimi bahalaşa bilər.
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti bahalaşmaqda davam edir.
58$-a ticarət edilən Brent neftinin qiyməti 60$-a kimi də dəyər qazana bilər. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30 və 18:30-də müvafiq olaraq ABŞ-da tikinti sektoru və neft ehtiyatları ilə bağlı önəmli funtamental məlumatlar açıqlanacaq.