Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

QIZILIN QİYMƏTİNDƏ BAHALAŞMA

24-10-2017, 10:14 Baxış: 200
QIZILIN QİYMƏTİNDƏ BAHALAŞMA
Asiya regionunda müharibənin alovlana biləcəyi gözləntiləri dollar/yen məzənnəsinin bahalaşması ilə yanaşı, qızıla olan tələbin də artmasına təsir edir.Avronun qiymətlərində sakitlik.
  Dünya valyuta birjalarında Avropa Mərkəzi Bankının cümə axşamı açıqlayacağı pul-kredit siyasəti ilə bağlı qərarı öncəsi, avronun qiyməti 1.17-1.18$ aralığında ticarət edilməkdədir. Lirə 3.73TL-ə kimi də ucuzlaşa bilər. USD/TRY məzənnəsi isə 3.72TL-ə kimi bahalaşıb və qiymət 3.69TL-nin üzərində qalarsa, 3.73TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
Qızılın qiymətində bahalaşma. Əlvan metalla bazarlarında da qızılın qiymətində bahalaşma müşahidə edilir. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1272$-a kimi ucuzlaşdıqdan sonra 1283$-a kimi bahalaşıb.
Qeyd etmək lazımdır ki, Yaponiyada Şimali Koreyaya qarşı sərt siyasət kursu seçən baş nazir Şinzo Abenin bazar günü Yaponiyada parlament seçkilərində qalib olması,
Asiya regionunda müharibənin hər an alovlana biləcəyi gözləntiləri də gücləndirir.
Bu isə öz növbəsində, Asiya bazarlarında dollar ilə yanaşı, qızıla olan tələbin də artmasına təsir edir.
Qızılın qiymətində 1268$ önəmli səviyyədir.
Burada 1268$ önəmli səviyyə hesab edilir.
Qiymət bu səviyyənin üzərində qaldıqca, bahalaşması 1302$-a kimi davam edə bilər. Əks təqdirdə, qiymətin bu səviyyənin aşağı istiqamətdə qırılması ilə eniş dalğasını yenidən 1252$-a kimi sürətləndirəcəyi proqnozlaşdırılır.