Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Misir Azərbaycanda dərman zavodu açacaq

14-06-2016, 19:04 Baxış: 215

Misir Azərbaycanda dərman zavodu açacaqMisir Azərbaycanda dərman və tibbi ləvazimatlar zavodu açmağı planlaşdırır.

Bu barədə Tezis.az-a Misirin ölkəmizdəki səfiri xanım Suzanne Mohamed Gamil bildirib. 

Onun sözlərinə görə, əsas məqsəd hepatit C virusundan əziyyət çəkənlər üçün dərman preparatların istehsalıdır: "Azərbaycanın Səhiyyə Nazirliyinin nümayəndələri Misirdə səfərdə olublar. Onlar Misirdə istehsal edilən dərmanların keyfiyyətləri ilə tanış olublar. Bu səfər Misirin ən böyük dərman istehsalçılarından biri olan "ADMA”-nın dəvəti əsasında baş tutub. Səfər çərçivəsində bir neçə tibbi ləvazimatın Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub. 14-16 iyun tarixlərində Misirdən Bakıya nümayəndə heyəti gələcək və dərman zavodunun tikilməsi istiqamətində danışıqlar aparacaq”.