Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

BRENT NEFTİNİN 68$ KİMİ BAHALAŞACAĞI PROQNOZLAŞDIRILIR

7-11-2017, 11:09 Baxış: 206
BRENT NEFTİNİN 68$ KİMİ BAHALAŞACAĞI PROQNOZLAŞDIRILIR
Dünya maliyyə bazarlarında Brent neftinin bahalaşması, Avropa və Amerika sessiyalarında dolların bahalaşmasına təsir edə bilər.
Avroda bahalaşma korreksiya kimi qiymətləndirilir.
Dünya valyuta birjalarında avronun qiyməti 1.1580$-a kimi ucuzlaşdıqdan sonra 1.1616$-a kimi bahalaşıb.
Maliyyə bazarlarında isə qiymətin yenidən 1.1574$ və 1.1470$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Türkiyədə dollar 3.94TL-ə kimi bahalaşa bilər.
Türkiyə maliyyə bazarlarında da dolların qiyməti 3.89TL-ə kimi bahalaşdıqdan sonra 3.82TL-ə kimi ucuzlaşıb, lakin qiymətin yenidən 3.89 və 3.94TL-ə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Brent neftinin növbəti hədəfi 68$-dır.
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti bahalaşmaqda davam edir.
Artıq 64.31$-a kimi dəyər qazanan Brent neftinin bir barel qiyməti 68.21-a kimi də dəyər qazana bilər.
Qeyd etmək lazımdır ki, enerji bazarlarında neft qiymətlərinin bahalaşması, ABŞ-da bənzin qiymətlərinin bahalaşması ilə inflyasiyanın da artmasına səbəb olur.
Bu isə öz növbəsində, Amerika Mərkəzi Bankının (FED) faiz artımı ehtimallarını da gücləndirir.