Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 13.11.2017

13-11-2017, 11:10 Baxış: 306
MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 13.11.2017
BU HƏFTƏ ABŞ, AVROPA VƏ DIGƏR ÖLKLƏRDƏ AÇIQLANACAQ INFLYASIYA GÖSTƏRICILƏRI, BREKSIT DANIŞIQLARI VƏ NEFT QIYMƏTLƏRI DIQQƏT MƏRKƏZINDƏ OLACAQDIR.
Avro yenidən ucuzlaşmağa başlaya bilər.
Dünya valyuta birjalarında avro/dollar valyuta cütlüyü qiymətinin keçən həftə ərzində 1.1677$-a kimi 1% bahalaşdığı müşahidə edilir. Lakin təhlillərə əsasən, qiymətdə bahalaşma müvəqqəti amillərlə qiymətləndirilir və məzənnə yenidən 1.1618$-a kimi ucuzlaşarsa, eniş dalğasının 1.1553$ və 1.1470$-a kimi sürətlənəcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, bu həftənin çərşənbə axşamı və cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da müvafiq olaraq Avropanın iqtisadi inkişaf və inflyasiya göstəriciləri açıqlanacaqdır.
Funt sterlinqin qiyməti təzyiq altında.
İngiltərənin Avropa Birliyindən ayrılması (ing.: "BREXIT”) danışıqlarında irəliləyişin olmaması, İngiltərə hökümətinə və funta qarşı etimadın daha da azalmasına səbəb olur.
Beləliklə, keçən həftə ərzində 1.32$-a kimi bahalaşan, GBP/USD məzənnəsi cari həftənin ilk sessiyasında 1.31$-a kimi ucuzlaşıb və eniş dalğası 1.3026$ və 1.2948$-a kimi də sürətlənə bilər.
USD/TRY 3.94TL-ə kimi də ucuzlaşacağı proqnozlaşdırılır.
Türkiyə maliyyə bazarlarında isə dollar 3.86TL-ə ticarət edilməkdədir və dollar/lirə məzənnəsi 3.85TL-nin üzərində qaldıqca 3.94TL-ə kimi də bahalaşacağı proqnozlaşdırılır.
Bu həftənin çərşənbə günü saat 11:00-da açıqlanacaq,
Türkiyədə işsizlik səviyyəsi ilə bağlı statistik məlumatlar da investorların diqqət mərkəzindədir.
Brent nefti 66-68$-a kimi də bahalaşa bilər.
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti son bir həftə ərzində 64-63$ aralığında dalğalanmaqdadır.
Lakin maliyyə bazarlarında Brent neftinin əlavə olaraq 66$ və 68$-a kimi də dəyər qazanacağı proqnozları yüksək olaraq qalır.
FED-in faiz artımına gedəcəyi gözləntilərin yüksək olması və qızıl qiymətləri.
Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1276$-a (40.9 $/qram) ticarət edilməkdədir.
Təhlillərə əsasən, qiymət 1268$-a (40.7 $/qram) kimi ucuzlaşarsa, eniş dalğası 1252$-a (40.2 $/qram) kimi də davam edə bilər.
Maliyyə bazarlarında Amerika Mərkəzi Bankının (FED) faiz artımına gedəcəyi gözləntilərinin yüksək olması, qızılın ucuzlaşmasına təsir edən əsas amil arasındadır.