Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

AVROZONADA İNFLYASİYA 1.4%-Ə DÜŞDÜ

17-11-2017, 09:00 Baxış: 160
AVROZONADA İNFLYASİYA 1.4%-Ə DÜŞDÜ
Avrozonada inflyasiya göstəricilərinin zəifləməsi ilə bağlı açıqlanan məlumatlardan sonra avro dünya birjalarında yenidən ucuzlaşıb.
Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") cümə axşamı verdiyi məlumata görə, Avrozonada orta illik istehlak qiymətlərində artəm dinamikası oktyabr ayında 1.5%-dən 1.4%-ə, orta illik baza indeksində isə 1.1%-dən 0.9%-ə düşüb. Analitiklər də hər iki göstərici üzrə azalma proqnozlaşdırırdılar. Ölkə iqtisadiyyatında dayanıqlı qiymət inkişafının ölçülməsi üçün baza indeksi də önəmli rol oynayır.
Belə ki, aylıq istehlak qiymətlərinin baza indeksinin hesablanmasında, volatil neft və ərzaq məhsullarının qiymətləri nəzərə alınmır. Məlumatların açıqlanmasından sonra Avropa sessiyasında qismən bahalaşan EUR/USD məzənnəsi yenidən ucuzlaşmağa başlayıb.
Hal-hazırda məzənnə 1.1767$-a ticarət edilir. Qeyd etmək lazımdır ki, ABŞ-da illik inflyasiya oktyabr ayında 2.0%, illik baza indeksi isə 1.8% olub.