Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Azərbaycan iqtisadiyyatı 4% azaldı

16-06-2016, 23:43 Baxış: 367

Azərbaycan iqtisadiyyatı 4% azaldıƏhalinin hər nəfərinə düşən ÜDM 2239,4 manata bərabər olub.

Cari ilin ilk 5 ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 21 milyard 512,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2% az ümumi daxili məhsul istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Tezis.Az-a bildirilib.

Azalmanın əsas səbəbi tikinti sektorunda məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub. 

Əlavə dəyərin 39,8%-i sənayedə, 12,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6%-i tikinti, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə, 16,4%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2239,4 manata bərabər olub.