Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

QIZILIN QİYMƏTİ 1309$-A KİMİ DƏ BAHALAŞA BİLƏR

24-11-2017, 11:39 Baxış: 294
QIZILIN QİYMƏTİ 1309$-A KİMİ DƏ BAHALAŞA BİLƏR
Əlvan metallar bazarlarında qızıla olan tələb dolların ucuzlaşması ilə daha da arta bilər. Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri son bir ayın minimum səviyyələrində ticarət edilir və əlavə olaraq təqribən 0.6% da ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Belə ki, EUR/USD məzənnəsi 1.18$, GBP/USD məzənnəsi 1.33$-a ticarət edilir. Türkiyə maliyyə bazarlarında isə dollar 3.90TL-ə kimi ucuzlaşıb.
Bununla yanaşı, dolların ucuzlaşması əlvan metallar bazarlarında qızılın da bahalaşmasına təsir edə bilər.
Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1297$-a kimi bahalaşarsa, artım dalğası 1309$-a kimi sürətlənə bilər.