Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

SƏNAYE SEKTORU AVROPA İQTİSADİYYATINA DƏSTƏK OLUR

14-12-2017, 23:33 Baxış: 159
SƏNAYE SEKTORU AVROPA İQTİSADİYYATINA DƏSTƏK OLUR
İstehsal sektorunda biznes aktivliyini ölçən indeksdə dünya maliyyə böhranından sonra cari il ərzində doqquz dəfə rekord qeydə alınıb.
"Markit Economics" araşdırma mərkəzinin cümə axşamı açıqladığı məlumatlarda, Avrozonanın istehsal sektorunda biznes aktivliyini ölçən indeksin (ing.: "PMI") dekabrda 60.1 punktdan 60.6, xidmət sektorunda isə indeksin 56.5 punkta kimi artdığı göstərilib.
Analitiklər xidmət sektorunda 56.1 punkta kimi azalma ilə yanaşı, istehsal sektorunda da 59.8 punkta azalma gözləyirdilər.
Xidmət sektoru inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında 70-80%-lik paya sahib olmasına baxmayaraq, cari il ərzində Avrozonada məhz sənaye sektorunun iqtisadiyyata güclü dəstək olduğunun şahidi oluruq. Belə ki, xidmət sektorunu ölçən indeks son aylar cari ilin maksimum səviyyəsinin altında açıqlansa da, istehsal sektorunda maksimum səviyyə dünya maliyyə böhranından sonra cari il ərzində doqquz dəfə yenilənib.
Bu isə artıq dekabr ayında xidmət sektorunda da göstəricinin cari ilin maksimum səviyyəsini ikinci dəfə yeniləməsinə səbəb olub - sonuncu dəfə ən yüksək göstərici may ayında olmuşdur.
"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.
Qeyd etmək lazımdır ki, dekabr ayı üzrə növbəti-yekun indeks yanvar ayının ilk həftəsində yayımlanacaqdır. Məlumatların açıqlanmasından sonra EUR/USD məzənnəsi 1.18$-ın üzərində möhkəmlənib.
Bununla yanaşı, foreks bazarlarında bu gün Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı böyük maraqla gözlənilir.