Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

AZƏRBAYCAN ELEKTRON MƏHSULLARIN İSTEHSALINI ARTIRIB

2-01-2018, 19:01 Baxış: 234
AZƏRBAYCAN ELEKTRON MƏHSULLARIN İSTEHSALINI ARTIRIB
Ötən ilin 11 ayı ərzində Azərbaycanda 188,7 mln. manatlıq kompüter və elektron məhsulları, elektrik avadanlıqları istehsalı olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə ötən ilin eyni dövründə ölkədə kompüter və elektron məhsullarının istehsalı 28,5%, elektrik avadanlıqlarının istehsalı isə 50,1% artıb.
2017-ci ilin on bir ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 10,4%, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 1,6 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 44,4% çox olub.
Rəsmi statistikaya əsasən 2017-ci ilin yanvar-noyabr ayları ərzində 1 925 ədəd məişət soyuducusu istehsal olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 0,8% azdır.