Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

AVROZONADA İNFLYASİYA 1.5%-DƏN 1.4%-Ə DÜŞDÜ

5-01-2018, 18:33 Baxış: 112
AVROZONADA İNFLYASİYA 1.5%-DƏN 1.4%-Ə DÜŞDÜ
Mütəxəssislərin baza indeksində artım gözləntiləri də özünü doğrultmayıb - avro təzyiq altında.
Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") cümə günü açıqladığı statistik məlumatlara görə, Avrozonada inflyasiyanın illik artım dinamikası dekabr ayında 1.5%-dən 1.4%-ə düşüb.
Analitiklər də azalma proqnozlaşdırırdılar.
Lakin baza indeksinin illik artım dinamikasında 1.0%-ə kimi artım gözlənilsə də, baza indeksinin illik artım dinamikası 0.9% səviyyəsində qalıb.
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bu gün dekabr ayı üzrə yayımlanan inflyasiya göstəriciləri ilkin hesablanma idi və yekun hesablanmanın yanvar ayının 17-də yayımlanması gözlənilir.
Qeyd etmək lazımdır ki, EUR/USD məzənnəsi cari həftə ərzində 1.21$-a kimi bahalaşsa da, bu gün 1.20$-a kimi ucuzlaşıb.