Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 15.01.2018

15-01-2018, 10:48 Baxış: 244
MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 15.01.2018
Bu həftə maliyyə bazarlarında dolların ucuzlaşması, Avrozonada inflyasiya və TCMB-nın faiz qərarı investorların diqqət mərkəzində olacaq hadisələrdir. Maliyyə bazarlarında son vəziyyət
 EUR.
Dünya valyuta birjalarında avronun qiyməti son bir həftə ərzində 2.5% bahalaşıb. Hal-hazırda 1.2200$ ətrafında ticarət edilən EURUSD məzənnəsi, 1.2220$-ı da yuxarı istiqamətdə qırarsa, artım dalğası 1.2352$-a kimi də sürətlənə bilər. Qeyd etmək lazımdır ki, çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da Avrozona üzrə açıqlanacaq inflyasiya göstəricisi də diqqət mərkəzində saxlanılmalıdır.
GBP.
GBP/USD qiyməti də son bir həftə ərzində 2.2 bahalaşıb. Dünya birjalarında dolların ucuzlaşması və neft qiymətlərində bahalaşma, funt sterlinqə müsbət təsir edən əsas amillərdir. Təhlillərə əsasən, qiymət 1.3766$-ı da yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, artım dalğası 1.3835$-a kimi də davam edə bilər. Bu həftənin çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:30-da açıqlanacaq İngiltərənin inflyasiya ilə bağlı önəmli statistik məlumatlar da böyük maraqla gözlənilir.
TRY.
Türkiyə bazarlarında dolların qiyməti 3.74TL-ə kimi ucuzlaşıb. Beləliklə, USD/TRY məzənnəsi 3.76TL-nin altında qaldıqca, 3.72TL-ə kimi də ucuzlaşa bilər. Dünya maliyyə bazarlarında dolların təzyiq altında olması, məzənnənin ucuzlaşmasına təsir edən əsas amildir. Bununla yanaşı, investorlar cümə axşamı saat 15:00-da açıqlanacaq Türkiyə Mərkəzi Bankının faiz qərarını da diqqət mərkəzində saxlayırlar.
OIL.
Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 69.00$-ın üzərində ticarət edilməkdədir. Qiymət 70.06$-a kimi dəyər qazanarsa və üzərində möhkəmlənərsə, bahalaşma 73.07$-a kimi də güclənə bilər. Neftə olan tələbin artması ilə bağlı xəbərlər, qiymətlərin bahalaşmasına təsir edən əsas səbəbdir.
GOLD.
Əlvan metallar bazarlarında da qızıl qiymətləri bahalaşmaqda davam edir. Hal-hazırda 1340$-ın (43.0 $/qram) üzərində ticarət edilən qızılın bir unsiya üzrə qiyməti, 1346$-a (43.2 $/qram) kimi də bahalaşarsa, artım dalğasının 1357$-a (43.5 $/qram) kimi də güclənəcəyi proqnozlaşdırılır.