Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

AVROZONADA İNFLYASİYA 1.5%-DƏN 1.4%-Ə DÜŞÜB

17-01-2018, 23:21 Baxış: 167
AVROZONADA İNFLYASİYA 1.5%-DƏN 1.4%-Ə DÜŞÜB
Avrozonada inflyasiya hələ də təzyiq altında qalmaqdadır.
İnvestorlar daha çox yanvar ayı üzrə statistikanı gözləyirlər.
Avropanın statistika mərkəzinin (ing.: "EuroStat") çərşənbə günü açıqladığı statistik məlumatlara görə, Avrozonada inflyasiyanın aylıq artım dinamikası dekabr ayında 0.1%-dən 0.4%-ə yüksəlsə də, illik artım dinamikası 1.5%-dən 1.4%-ə düşüb.
Analitiklər də azalma proqnozlaşdırırdılar.
Lakin baza indeksinin illik artım dinamikasında 1.0%-ə kimi artım gözlənilsə də, baza indeksinin illik artım dinamikası 0.9% səviyyəsində qalıb.
Yanvar ayı üzrə inflyasiya göstəriciləri isə ayın 31-i Bakı vaxtı ilə saat 14:00-da yayımlanacaqdır.
Qeyd etmək lazımdır ki, EUR/USD məzənnəsi yanvar ayında 4%-ə kimi bahalaşıb.
Hal-hazırda 1.23-1.22$ aralığında ticarət edilən qiymət 1.23$-in üzərində möhkəmlənərsə, 1.25$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.