Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 22.01.2018

22-01-2018, 09:30 Baxış: 225
MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 22.01.2018
Bu həftə ABŞ-dan çoxdan gözlənilən fundamental göstəricilər açıqlanacaq.
EUR.
Dünya valyuta birjalarında avronun qiyməti 1.2323$-a kimi bahalaşdıqdan sonra qismən ucuzlaşıb edib.
Hal-hazırda 1.22$ ətrafında ticarət edilən EUR/USD məzənnəsində artım dalğasının daha da güclənməsi üçün 1.2305$-ın üzərində möhkəmlənməsi önəmlidir. Bundan sonra qiymət 1.2463$-a kimi də bahalaşa bilər.
Bununla yanaşı, bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı və cümə günü saat 17:30-da açıqlanacaq ABŞ-ın iqtisadi inkişaf göstəricisi, dünya birjalarında güclü dalğalanmalara səbəb ola bilər.
GBP.
GBP/USD qiyməti də 1.38$-ın üzərində ticarət edilməkdədir.
Təhlillərə əsasən, yanvar ayı ərzində 3.6% bahalaşan qiymət 1.38$-ın üzərində qaldıqca, 1.3946$ və 1.4040$-a kimi də bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır.
Bu həftənin çərşənbə və cümə günləri saat 13:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin əmək bazarı və iqtisadi inkişaf məlumatları da diqqət mərkəzindədir.
TRY.
Türkiyə bazarlarında dolların qiyməti 3.82TL-nin üzərində ticarət edilməkdədir. Belə ki, Türkiyənin xarici siyasəti fonunda artan risklər lirəyə olan təzyiqləri qismən artırıb. Beləliklə, USD/TRY məzənnəsi gələcək günlərdə 3.8259TL-nin üzərində möhkəmlənərsə, 3.8556 və 3.8696TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
OIL.
Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti son günlər 68-69.00$ aralığında ticarət edilməkdədir. Qiymət 70.06$-a kimi dəyər qazanarsa və üzərində möhkəmlənərsə, artım dalğası 73.07$-a kimi də güclənə bilər.
GOLD.
Əlvan metallar bazarlarında qızılın qiymətləri son bir həftə ərzində 1344$ ilə son dörd ayın maksimum səviyyəsini yenilədikdən sonra 1.5% ucuzlaşıb. Yeni həftənin ilk sessiyasında bazarlarda 1330$-ın üzərində təklif edilən qızılın bir unsiya üzrə qiyməti ümumilikdə 1326$-ın (43.2 $/qram) üzərində qaldıqca, artım dalğasının 1357$-a (43.5 $/qram) kimi də güclənəcəyi proqnozları aktuallığını qorumaqdadır