Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

AVROQRUPUN GÜNDƏMİ

23-01-2018, 16:07 Baxış: 145
AVROQRUPUN GÜNDƏMİ  Yunanıstan növbəti milyard avroluq maliyyə yardımını dərhal almayacaq.
Avroqrup AMB-nin vitse sədri Vitor Kostancionun yerinə namizəd axtarır.
Avroqrupun gündəmi Bazar ertəsi Avrozona ölkələrinin maliyyə nazirlərinin verdiyi açıqlamaya əsasən, Yunanıstan islahatlarda böyük irəliləyişlər əldə edib və əksər tədbirləri də həyata keçirib.
Lakin Afina höküməti cəhdlərini daha da gücləndirməlidir: "Avroqrup höküməti qalan digər tədbirləri də tez bir zamanda reallaşdırmağa çağırır".
Avropa yardım fondu "ESM" artıq fevral ayında ödəniləcək kredit məbləğinin birinci hissəsi üçün hazırlıqlara başlayıb.
Ümumilikdə 6.7 milyard avroluq yardımdan söhbət gedir.
Maliyyə yardımının ödənilməsi üçün Avropa Birliyi (AB) Komissiyası, Avropa Mərkəzi Bankı (AMB) və "ESM" hökümətdən 110 islahat proqramının qəbulu tələb edilir.
Yunanısatn isə bugünə kimi 95-dədir, deyə AB iqtisadiyyat komissarı Pier Moskovisi deyib. Yunanıstan artıq zamanla böhrandan çıxmaqdadır və son üç il ərzində AB maliyyə hədəflərinə çatıb. Reytinq agentlikləri də ölkə üzrə göstəriciləri artıq artırıb. Lakin əmək bazarında vəziyyət hələ də yaxşı hesab edilmir. Belə ki, 21%-lik işsizlik səviyyəsi ilə ölkə iqtisadi rifah baxımından AB ölkələrindən geri qalır.
Bununla yanaşı, Yunanıstan 2010-ci ildən beynəlxalq kreditorlardan aslıdır.
86 milyard avroluq üçüncü yardım paketinin müddəti isə avqust ayında bitir.
AMB-nin vitse sədrliyinə namizəd axtarışında.
Avroqrup görüşməsinə yeni sədri Mario Senteno tərəfindən rəhbərlik edilib.
Portuqaliyanın maliyyə naziri yeni səlahiyyət müddətinə yeni başlayıb və toplantıda növbəti kadr dəyişikliyini də gündəmə gətirib.
Belə ki, AMB yeni vitse sədr axtarır.
Portuqaliyalı Vitor Kostancionun səlahiyyət müddəti 8 ildən sonra may ayının sonu bitir. Yeni vəzifəyə təkliflər fevral ayının 7-ə kimi verilə bilər.
Avroqrup isə ayın 19-u səs vermə keçirəcək.
Bundan sonra qərar üzv dövlətlər tərəfindən təsdiqlənməlidir.
Bütün prosesin may ayının sonuna kimi bitməsi planlaşdırılır.
Hal-hazırda ictimaiyyətə məlum namizəd İspaniyanın maliyyə naziri Luis de Qindosdur.
Qeyd etmək lazımdır ki, AMB sədri Mario Draqinin səlahiyyət müddəti isə 2019-ci ildə bitir.