Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

AVRO 1.23$-DAN ÇOX BAHALAŞDI

24-01-2018, 11:51 Baxış: 95
AVRO 1.23$-DAN ÇOX BAHALAŞDI
Avropa Mərkəzi Bankının sədri Mario Draqinin çıxışı öncəsi avronun qiymətində bahalaşma.
Dünya valyuta birjalarında Avropa Mərkəzi Bankının cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq mətbuat konfransı öncəsi avronun qiyməti 1.2335$-a kimi bahalaşıb və 1.2300$-ın üzərində qaldıqca, 1.2463$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
Bankın yumşaq monetar siyasətinin sonu ilə bağlı siqnal verib verməyəcəyi investorların diqqət mərkəzindədir.
Lirə bahalaşmaqda davam edir.
Türkiyə maliyyə bazarlarında da lirənin qiyməti 1% bahalaşıb və 3.73TL-ə kimi də bahalaşa bilər.
Dünya birjalarında dolların ucuzlaşması, USD/TRY məzənnəsinin də ucuzlaşmasına səbəb olur.
Brent neftində növbəti artım.
Enerji bazarlarında neft qiymətləri 2$-lıq korreksiyadan sonra artım dalğasını yenidən bərpa edib.
Təhlillərə əsasən, Avropanın Brent markalı neftinin bir barel qiyməti 70.06$-ı qırarsa, 73.00 və 75.51$-a kimi də bahalaşa bilər.