Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

DOLLAR UCUZLAŞIR, DİGƏR VALYUTALAR BAHALAŞIR - SƏBƏBLƏR

24-01-2018, 16:56 Baxış: 184
DOLLAR UCUZLAŞIR, DİGƏR VALYUTALAR BAHALAŞIR - SƏBƏBLƏR
ABŞ hökümətinin xarici ticarət siyasəti, AMB-nin mətbuat konfransı və Donald Trampın Davosda çıxışı maliyyə bazarlarının diqqət mərkəzində.
Dollar ucuzlaşır, digər valyutalar bahalaşır - səbəblər Avro çərşənbə günü 2014-ci ilin dekabr ayından ən yüksək səviyyəyə bahalaşıb. ABŞ prezidentinin xarici ticarət siyasətini sərtləşdirməsi dolların ucuzlaşmasına təsir etməklə yanaşı, Avropa Mərkəzi Bankının (AMB) gələcək siyasəti fonunda gözləntilər avronun bahalaşmasına səbəb olur.
EUR/USD məzənnəsi Amerika sessiyasında 1.2335$-a kimi bahalaşmışdı.
Bununla da son üç ay ərzində başlatdığı artım dalğasına davam etmiş oldu. Avronun dollara nisbətən qiyməti noyabr ayının əvvəlindən etibarən təqribən 7% dəyər qazanıb.
Bu isə avronun son bir il ərzində 19% bahalaşması deməkdir. Avronun bahalaşmasının ən önəmli səbəbi maliyyə bazarlarında dolların ucuzlaşması ilə qiymətləndirilir. Dollar təkcə avro deyil, eyni zamanda yen kimi digər önəmli valyutalara əsasən də dəyər itirməkdədir. Sonuncu dəfə isə Donald Trampın günəş panellərinə və paltaryuyan avadanlıqlarına tətbiq etdiyi yüksək gömrük rüsumu, dolların ucuzlaşmasını daha da sürətləndirib.
Beləliklə, ABŞ prezidenti Donald Trampın cümə günü dünya iqtisadi forumunda, Davosda çıxışı investorların diqqət mərkəzindədir.
Artıq bir yaşı tamam olan yeni ABŞ hökümətinin, Davosda xarici siyasəti ilə bağlı fikirləri daha da sərtləşərsə, bu, dollara olan təzyiqləri daha da artıra bilər.
Bununla yanaşı, AMB-nin cümə axşamı yumşaq monetar siyasətinin dayandırılması ilə bağlı siqnallar verə biləcəyi gözləntiləri, avronun güclənməsinə dəstək olur.
Burada əsas diqqət mərkəzində bankın gələcəkdə seçəcəyi ifadələr və istiqraz alışı proqramının tamamilə dayandırılması müddəti ilə bağlı hər hansı bir məlumatlardır.
Bank sədri Mario Draqinin avronun qiymətində müşahidə edilən güclü bahalaşma ilə bağlı fikirləri də böyük maraqla gözlənilir.