Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

DOLLAR: ABŞ-DAN ÜDM AÇIQLANACAQ, TRAMP DANIŞACAQ

26-01-2018, 12:35 Baxış: 113

DOLLAR: ABŞ-DAN ÜDM AÇIQLANACAQ, TRAMP DANIŞACAQBu gün ABŞ-ın iqtisadi inkişaf göstəricisi və Donald Trampın Davosda çıxışı maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola bilər.

Dünya valyuta birjalarında Avropa Mərkəzi Bankının sədri Mario Draqinin mətbuat konfransında çıxışı ilə son günlər avroda müşahidə edilən artım dalğası 1.25$-a kimi davam etsə də, ABŞ prezidentinin Davosda səsləndirdiyi fikirlərdən sonra yenidən 1.24$-a kimi ucuzlaşıb. Donald Tramp bildirib ki, dollar bahalaşacaq və bahalaşacaq, nəticədə o, güclü dollar görmək istəyir.

Təhlillərə əsasən, EUR/USD məzənnəsi gün ərzində yenidən 1.2470$-a kimi bahalaşaraq, üzərində möhkəmlənərsə, artım dalğası 1.2600$-a kimi də güclənə bilər.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın 2017-ci il üzrə iqtisadi inkişaf göstəricisi və saat 20:00-da baş tutacaq Donald Trampın Davosda çıxışı, investorların diqqət mərkəzində saxlanılır və bütün bunlar maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olacaqdır.

Enerji bazarlarında da Avropanın Brent markalı neftinin bir barel qiymətinin 70$-ın üzərində qaldıqca, 73 və 75$-a kimi də bahalaşacağı proqnozları aktual olaraq qalır.