Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

AVROZONADA İNFLYASİYA VƏ FED-İN AÇIQLAMASI GÖZLƏNİLİR

31-01-2018, 10:09 Baxış: 158
AVROZONADA İNFLYASİYA VƏ FED-İN AÇIQLAMASI GÖZLƏNİLİR
Bu gün saat 14:00 və 23:00-da açıqlanacaq önəmli fundamental məlumatlar öncəsi investorların ehtiyatlı mövqeyi.
Avrozonada inflyasiya və FED-in açıqlaması gözlənilir EUR/USD 1.24$-a ticarət edilir.
Dünya valyuta birjalarında avronun qiyməti bu gün Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avropanın inflyasiyası ilə bağlı önəmli fundamental məlumatlar öncəsi 1.24$ ətrafında ticarət edilməkdədir.
Avronun qiymətində artım dalğasının yenidən güclənməsi üçün 1.2463$-a kimi bahalaşması və üzərində qalması lazımdır.
USD/TRY yenidən ucuzlaşır.
Dollar/Lirə məzənnəsi isə 3.77TL ətrafında ticarət edilməkdədir.
Qiymət sözügedən səviyyənin altında qalarsa, Türkiyə bazarlarında dollar yenidən 3.72TL-ə kimi ucuzlaşa bilər.
FED-in açıqlamaları gözlənilir.
Bununla yanaşı, bu gün Amerika Mərkəzi Bankının Bakı vaxtı ilə saat 23:00-da yayımlanacaq faiz qərarı və hesabatı da investorların diqqət mərkəzindədir.