Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

AVRODA KORREKSİYA 1.22$-A KİMİ DAVAM EDƏ BİLƏR

2-02-2018, 09:30 Baxış: 163

AVRODA KORREKSİYA 1.22$-A KİMİ DAVAM EDƏ BİLƏREUR/USD məzənnəsi cümə axşamı 1% bahalaşsa da, 1.25$ səviyyəsində güclü müqavimətlə rastlaşır.

Dünya valyuta birjalarında avronun qiyməti 1.25$-ın altında ticarət edilməkdədir və sözügedən səviyyənin altında qaldıqca, 1.2319$ və 1.2194$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

USD/TRY 3.72TL-ə kimi ucuzlaşa bilər. 

Türkiyə bazarlarında da dollar/lirə məzənnəsi 3.75TL-nin altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, 3.72TL-ə kimi də ucuzlaşa bilər.

ABŞ-ın əmək bazarı ilə bağlı göstəriciləri gözlənilir. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatların da beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola biləcəyi gözlənilir.