Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 05.02.2018

5-02-2018, 09:13 Baxış: 237
MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 05.02.2018
Keçən həftə foreks bazarlarında dolların qiymətində müşahidə edilən 1%-lik bahalaşmanın, əlavə olaraq bu həftə də 0.6%-da davam edəcəyi proqnozlaşdırılır. EUR.
Dünya valyuta birjalarında avronun qiyməti 1.25$-ın altında ticarət ediləməkdədir və təhlillərə əsasən, qiymət bu səviyyənin altında qaldıqca, 1.23$-a kimi də ucuzlaşa bilər. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu həftə EUR/USD məzənnəsinə güclü təsir edə biləcək iqtisadi göstəricilərin az olmasına baxmayaraq, ticarət aktivliyinin daha da güclənəcəyi proqnozlaşdırılır.
GBP.
GBP/USD qiymətinin də 1.42$-ın altında ticarət edilməsi 1.39$-a kimi ucuzlaşa biləcəyi proqnozlarını gücləndirir. Bu həftənin cümə axşamı və cümə günləri müvafiq olaraq saat 16:00-da dərc ediləcək İngiltərə Mərkəzi Bankının faiz qərarı və saat 13:30-da açıqlanacaq sənaye sektoru ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
TRY.
Türkiyə bazarlarında isə USD/TRY qiyməti 3.77TL-nin üzərində ticarət edilir və üzərində qaldıqca, 3.81TL-ə kimi də bahalaşacağı proqnozlaşdırılır. Dünya maliyyə bazarlarınd dolların qiymətində müşahidə edilən 1%-lik bahalaşma, lirənin də ucuzlaşmasına təsir edib. OIL. Dünya birjalarında dolların qismən bahalaşması, enerji bazarlarında da neft qiymətlərinin korreksiyasına səbəb olub.
Belə ki, Avropanın Brent markalı neftinin bir barel qiyməti 68$-a kimi ucuzlaşıb və korreksiyası 66$-a kimi də davam edə bilər. Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın net ehtiyatları ilə bağlı statistik göstəricilər də böyük maraqla gözlənilməkdədir.
GOLD.
Əlvan metallar bazarlarında isə qızılın qiymətləri 1330$-a kimi 1.8% ucuzlaşıb. Burada təhlillər onu göstərir ki, qızılın bir unsiya üzrə qiyməti 1331$-ın (42.7 $/qram) altında qalarsa, eniş dalğası 1319$-a (42.3 $/qram) kimi də güclənə bilər.