Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

AVRO 1% UCUZLAŞDI, QIZIL 1% BAHALAŞDI

6-02-2018, 09:00 Baxış: 162
AVRO 1% UCUZLAŞDI, QIZIL 1% BAHALAŞDI
Dünya iqtisadiyyatı, xüsusilə də Avrozona iqtisadiyyatı fonunda fundamental göstəricilər investorların diqqət mərkəzindədir.
Dünya valyuta birjalarında cari ilin başlaması ilə dünyada iqtisadi inkişafın güclənməsi xəbərləri ilə bahalaşan aparıcı valyutaların qiymətlərində cari həftə ərzində ucuzlaşmanın şahidi oluruq.
Bu, Avropa Mərkəzi Bank sədrinin kredit dövriyyəsinin hələ də zəif artığını vurğulaması ilə əlaqədardır. Nəticədə avronun qiymətində ucuzlaşma, qızıl bazarlarında isə bahalaşma müşahidə edilir.
Avroda korreksiya 1.22$-a kimi davam edə bilər.
Belə ki, EUR/USD cütlüyünün qiyməti 1.2350$-a kimi ucuzlaşıb və təhlillərə əsasən, qiymət 1.24$-ın altında qaldıqca, 1.2162$-a kimi də ucuzlaşa bilər.
Qızıl 1327$-da dəstək alıb.
Əlvan metallar bazarlarında isə yaranmış qeyri-müəyyənlik qızılın qiymətlərinə olan tələbin yenidən artmasına səbəb olub. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1327$-a kimi ucuzlaşdıqdan sonra yenidən 1346$-a kimi dəyər qazanıb.