Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 12.02.2018

12-02-2018, 09:30 Baxış: 230
MALİYYƏ BAZARLARINDA SON VƏZİYYƏT - 12.02.2018
İnkişaf etmiş dövlətlərin inflyasiya səviyyələri ilə bağlı açıqlanacaq önəmli fundamental göstəriciləri bazarlarda dalğalanmanı daha da gücləndirəcəkdir.
EUR.
Dünya valyuta birjalarında avronun qiyməti 1.22$-a kimi ucuzlaşdıqdan sonra 1.23$-a kimi bahalaşıb və təhlillərə əsasən, qiymət 1.2284$-ın üzərində möhkəmlənərsə, 1.2434$-a kimi də bahalaşacağı proqnozlaşdırılır. Çərşənbə günü Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın inflyasiya səviyyəsinin də məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.
GBP.
Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması, funt sterlinqin də bahalaşmasına səbəb olub. 1.38$-ın üzərində dalğalanan GBP/USD məzənnəsi 1.3900$-a kimi bahalaşaraq, üzərində qalarsa, 1.4121$-a kimi də bahalaşa bilər. İngiltərənin inflyasiyası ilə bağlı yayımlanacaq statistik göstəricilər də investorların diqqət mərkəzindədir. Göstəricilər çərşənbə axşamı saat 13:30-da dərc ediləcək.
TRY. Türkiyə bazarlarında isə USD/TRY qiyməti 3.84TL-ə kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb və burada da dolların 3.76TL-ə kimi ucuzlaşması proqnozlaşdırılır.
OIL.
Foreks bazarlarında güclü dalğalanma, enerji bazarlarında da neft qiymətlərinə mənfi təsir edib. Belə ki, Avropanın Brent neftinin bir barel qiyməti 61$-a kimi dəyər itirib. Lakin yeni həftənin başlaması ilə 2$ dəyər qazanan Brent, 63.56$-ın üzərində möhkəmlənə bilərsə, gələcək günlərdə qiymətin 65.10 və 67.40$-a kimi bahalaşmasının şahidi ola bilərik.
GOLD.
Əlvan metallar bazarlarında isə qızıl qiymətlərində bu həftə bahalaşmanın şahidi ola bilməyimiz üçün yenidən 1326$-ın (42.5 $/qram) üzərində möhkəmlənməsi önəmli şərtlərdəndir. Hal-hazırda 1323$-ın (42.4 $/qram) üzərində təklif edilən qızıl fyuçersləri, bundan sonra 1343$-a (43.1 $/qram) kimi dəyər qazana bilər.